hllyblog | 1 luk, 3 fəsil


 

Əslində payız fəslini tam yaşamasaq da, geyimlərimizlə həm fəslə, həm də hava şəraitinə uyğunlaşmağa çalışırıq.

Budəfəki lukumu kombinləyərkən geyimlərimi papaqla ayrı, eynəklərlə ayrı sınaqdan keçirdim. Lakin tam istədiyim nəticəni əldə edə bilmədim. Beləliklə, hər iki aksessuarı eyni anda istifadə etmək qərarına gəldim.

 


 

Həmçinin lukumda qış deyil, yay eynəklərindən istifadə etmişəm. Çünki qış eynəkləri ilə də tam istədiyim görüntünü əldə edə bilmədim.

Uzun sözün qısası, budəfəki kombinimdə üst geyim payız, papaq və ayaqqabı qış, eynək isə yay fəslinə aiddir.

Ümid edirəm ayrı-ayrı mövsümlərə aid geyimlərdən ortaya çıxardığım lukumu bəyəndiniz 🙂

 
 

Hazırladı: Ələsgərova Həmayıl
İnstagram: @hllyblog
Foto: Hikmət İmanzadə

 
 


 
 

Şərhlər

Menyu