Kaktus motivləri. Ev interyerində yeni trend.

 

Ev interyerində canlılıq və rəngarənglik yaratmaq istəyənlərin çox hissəsi bunun üçün dibçək bitkilərindən istifadə edir. Dibçək gülləri əhvali-ruhiyyəni yaxşılaşdırmaqda, stressi azaltmaqda və əsəbləri sakitləşdirməkdə əvəzsiz rol oynayır.

Dibçək bitkilərindən olan kaktuslar bəlkə də böyük kütlə tərəfindən sevilməsə də, son bir neçə il ərzində ev dizaynının trendlərindən hesab olunur.

Onların qeyri-adi quruluşu və orqanik forması görünüşlərinin vizual olaraq heykələ bənzəməsinə səbəb olur.
Çox qayğı tələb etməyən bu bitkiləri ev şəraitində tam rahat şəkildə iki-üç həftəlik tətilə qoyub getmək mümkündür.

 


 

Bir neçə kaktusu bir arada istifadə edərək siz daha orijinal görüntü əldə edə bilərsiniz. Ümumiyyətlə, ev bitkilərini hansısa kiçik stolun və ya divarlara yapışdırılmış rəflərin üstünə qoymaq tövsiyyə olunur.

Yaşıl bitkilərdən  istifadə etmək istəməyənlər bu trenddən geri qalmamaq üçün kaktus formalı müxtəlif ev əşyalarından istifadə edə bilərlər.

KAKTUS FORMALI STUL

Evinizin həyətində istifadə üçün ideal hesab olunan sadə, lakin parlaq yaşıl rəngli stul hər gördüyünüzdə üzünüzdə təbəssüm yaradacaq.

 
 
 

KAKTUS PRİNTLİ DİVAR KAĞIZI

Evində orijinal ab-hava yaratmaq istəyənlər kaktus printli divar kağızı ideyalarndan istifadə edə bilər.

 
 
 

KAKTUS ŞAMDANLAR

Evin dekorasiyasına fərqli və əyləncəli yanaşmaq istəyənlər kaktus formalı şamdanlarla öz tərzlərini ev interyerinə də əks etdirə bilərlər.

 
 
 

KAKTUS GÜLDANLAR

Təbii gülləri adi güldanlara deyil, kaktus formalı güldanlara qoyun və trendlə ayaqlaşanlardan olun.

 
 
 

KAKTUS PRİNTLİ BOŞQABLAR

Yemək stolunuza bir az yaşıllıq əlavə etməyə nə deyirsiniz?

 

Hazırladı: Şəbnəm Ramazanlı

 

Şərhlər

Menyu