“GUCCİ”-dən heyvansevərlərə xoş xəbər!

 

GİORGİO ARMANİ, HUGO BOSSSTELLA MCCARTNEY kimi dünyaca məşhur brendlərdən sonra GUCCİ də kolleksiyalarında xəz dəridən istifadə etməyən moda evləri siyahısına qoşuldu.

 


 

Brendin baş icraçı direktoru Marko Bizarri bundan sonra məhsullarında, tanıtım videolarında və reklamlarında heyvanlardan əldə olunmuş kürklərdən istifadə etməyəcəyini bildirdi.

 


 

Markanın kürk istifadə etmədən hazırladığı ilk modellər 2018-ci ilin yanvar və fevral ayında nümayiş olunacaq.

Həmçinin GUCCİ əldə qalan kürkləri hərracda sataraq, ondan əlavə olunmuş gəliri LAVHuman Society kimi heyvan haqlarını qoruyan qurumlara bağışlayacaq.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu