Bobbi Doerti. Yeməklərin hiper-real fotoları.


 

Bruklindən olan gənc fotoqraf Bobbi Doerti özünü tanımağa başladığı ilk vaxtlardan fotoqrafiyaya həvəsi olduğunu xatırlayır.

Bu sahədə təhsilini başa vurduqdan sonra fotoqraf yalnız rəngli, parlaq və canlı fotolar yaratmaq qərarına gəlir.

Onun fotoqrafiyaya fərqli yanaşması hiper-real nəticələrin əldə olunmasına səbəb olur. Fotoqrafın əl işləri fotodan çox boya ilə çəkilmiş rəsmləri xatırladır.

Bobbinin əl işlərində daha çox mətbəxlə bağlılıq hiss olunsa da, kariyerasının müəyyən dövrlərində dəb sahəsinə də diqqət ayırmışdır. Zinət əşyalarının yeməklərlə birlikdə çəkilməsi xüsusilə marağa səbəb olur. Rəngarəng və minimalist üslubu sayəsində onun fotoları periodik olaraq New York Magazine kimi jurnallarda yayımlanır.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 


 

 

 

Şərhlər

Menyu