SALVATORE FERRAGAMO çantaları. Ziqzaq motivlər.


 

Ayaqqabı dizayneri Sara Battalya SALVATORE FERRAGAMO brendi ilə əməkdaşlığını yenilədi. Brendin Payız 2017 keçid kolleksiyasını dizayn edən Sara, bu kolleksiyada həndəsi naxışlara və ziqzaq formalı kəskin formalardan istifadə edib.

İtalyan moda evi üçün dizayn etdiyi dəri kapsul kolleksiyadan sonra uğur qazanan dizayner bu dəfə brend üçün müasir xanımların zövqünə uyğun 6 çanta hazırlayıb.

Qeyri-adiliyin yüksək sənətkarlıqla sintez olunduğu yeni kolleksiyada brendin iki xarakterik cizgisindən istifadə olunub: ziqzaq motivlər vəGancio” emblemi.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu