Əfsanəvi LOUBOUTİN ayaqqabıları balaca şahzadələr üçün!


 

Heç şübhəsiz ki, əfsanəvi dizayner Kristian Lubuten tərəfindən dizayn edilmiş ayaqqabılar xanımların qarderobunda xüsusi yer tutur. Təsəvvür edin ki, onun budəfəki kolleksiyası balaca dəbli xanımlara həsr olunub.

Dizeyner Qvinet Peltroun Goop” şirkəti ilə birlikdə özünün uşaq ayaqqabılarından ibarət olan kolleksiyasını hazırladı.

Əyləncəli ad olaraq “Loubibaby” adlandırılan kolleksiyasında rəng çalarları işıltılı qızılı, göy atlas və mərcan çəhrayısından istifadə olunub. Həmçinin Kristian Lubuten ayaqqabılarının əvəzedilməz parçası olan qırmızı dabanlar bu kolleksiyada da öz sözünü deyib. Ayaqqabıların hər birinin kəmərinə birləşdirilmiş kiçik kəpənəklər isə əl ilə xüsusi olaraq hazırlanıb.

Hər cütü $250 olan ayaqqabıların satışına 16 noyabrdan, Goop” -un vebsaytında başlanılacaq.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 





 

Şərhlər

Menyu