RABİA SENA SEVER. Hicablı xanımlar üçün “sport-şıq” ideyaları.


 

Dünyada hicaba marağın artdığı, tanınmış dünya brendlərinin öz kolleksiyalarında hicablı geyimlərə yer verdiyi bir zamanda, baş örtüyündən istifadə edən bloqerlər xüsusilə şöhrət qazanmağa başlayıblar. Onlar yeni özləri kimi dəbli görünmək istəyən xanımlara ilham mənbəyi olur, “hicablı xanımlar dəbli görünə bilməz” fikrinin əsassız olduğunu hər addımda bir daha təsdiq edirlər.

Türkiyənin tanınmış hicablı bloqerlərindən olan Rabia Sena Sever, öz lukları ilə hicablı xanımlara gündəlik həyatda rahatlıqla istifadə edə biləcəkləri dəb üslub seçimləri nümayiş etdirir. Onun rəngarəng, sport və şıq geyimləri, hicablı xanımlar haqqında kök salmış fikirləri darmadağın edir.

Hicabların ən çox üzləşdiyi problemlərdən biri, əməl etmələri olduqları qaydalar çərçivəsində həm şıq, həm də gündəlik istifadə üçün yararlı olan geyimlər tapmaqdır. Sena Sever müxtəlif brendlərə aid geyimlərlə təqdim etdiyi lukları vasitəsiylə bu çətinliyi həll etməyə kömək edir.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

    

  

Şərhlər

Menyu