TREND | Oktyabrın seçməsi | Damalı parçalar

 


 

Hər il payızın gəlişi ilə moda dünyası soyuq mövsümün trendlərini gətirir. Bugünün küçə dəbi nəticələrinə görə bu payız özü ilə birlikdə damalı parça trendini gətirdi.

Bu mövsümdə damalı parçalardan tikilmiş üst geyim və pencəklərin həddən artıq istifadəsi diqqətdən yayınmır. Baş tutan bütün defileləri və moda həftələri ərzində küçə dəbinin həvəskarlarının kombinlərinə nəzər saldıqda, dama printinin bu mövsümün trendlərindən biri olduğunda bir daha əmin oluruq.

Damalı parçadan hazırlanmış geyimləri kombin etmək müəyyən çətinliklər yarada bilər. Lakin çox kiçik detallardan istifadə etməklə qüsursuz görünüş əldə etmək mümkündür.

Müşahidələrə əsasən alış-veriş zamanı damalı ətəklər, şalvarlar və pencəklər iş qadınları tərəfindən xüsusilə sevilərək istifadə olunur.
Payız aylarında damalı printlər işgüzar xanımların sevimlisi olan bleyzerlərə ayrı bir hava qatır və onların ofisdə öz stilləri ilə fərq yaratmalarına kömək edir.

Daha çox iş həyatı üçün tövsiyyə olunsa da, bu damalı parçadan olan geyimləri müxtəlif, rəngarəng aksessuarlarla kombin edərək gündəlik həyatda geyinmək olar.

Qeyri-adi səslənsə də, damalı bleyzerləri ziyafətlərdə zərif libaslarla belə istifadə etmək mümkündür.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

 

 

Şərhlər

Menyu