“Narzbq” bloqu | Qarderobumun ayrılmaz parçası qara rəng


 

Bütün dünyada tanınan moda dünyasının ikonu Koko Şanel demişdi ki, hər qadının qarderobunda qısa qara don olmalıdır.  Öz yazımı bu fikir ilə başlamaq istədim.

Qarderobuma baxanda çox sayda qara rəngli geyimlər görürəm, bu bizim ölkəmizdə qara rəng populyar olduğu üçün yox, sırf bu rəngi özümə yaraşdırdığım üçündür.
Təqdim etdiyim lukda isə gördüyünüz kimi ancaq qara rəngli geyimlərdən istifadə etmişəm. Üzərimdə olan maksi donun kəsiyi vizual olaraq vücudu daha önə çıxarır və qadınsı görünüş yaradır. Düşünürəm ki, qara don güclü bir silahdır: iş görüşməsində sizə özgüvənli, ciddi, güclü duruş bəxş edə, gecə isə, bağlı bir məkanda hansısa kokteyldə sizi  🔥edə bilər 😃. Həm gecə, həm gündüz istifadə edilən, həm cəlbedici, həm də çoxistiqamətli olan aksesuarlar ilə fərqli görünüşlərə bürünən bu paltar ən əsas parçadır.

 
 


 
 

Əlbəttə ki, donla istifadə olunan ayaqqabı da böyük bir önəm daşıyır. Öz lukumda daha çox rok stili yaratmaq üçün geyimi dəri botfortlarla kombinlədim.
Qara, dəri və rok sözləri deyəndə ağlımıza birinci dəri pencək gəlir. Doğrudur, mənim də ağlıma bu gəldi😄 Metallarla bəzədilmiş oversayz dəri pencək gözə çarpır və qeyri-adilik yaradır.

 
 


 
 

80-ci illərdən bəri dəbdən düşməyən oversayz pencəklər bu illərdə də öz gücünü itirmir. Oversayz pencəkləri fərqli geyimlərlə kombinləmək olar: bu sadə cins, incə uzun/qısa don, şort və s. ola bilər.
Üstümdəki dəri pencək daha çox hərəkətli olduğu üçün aksessuar olaraq sadə və gözə çarpmayan qara çanta və “cadet caps” -dən istifadə etdim.
Heç bir zaman öz kombinlərimdə qanunlara riayət etməmişəm, özümə yaraşan, bəyəndiyim və məni Mən olaraq tanıdan parçalar seçməyə çalışıram.
“Əvəzolunmaz olmaq üçün həmişə fərqli olmaq lazımdır.”Koko Şanel

 
 

Hazırladı: Nərmin Hüseynli
İnstagram: @narzbq
Foto: aqil_line




Şərhlər

Menyu