Mozzarella pendiri ilə qızardılmış alma və armud.


 

Səhər yeməyi günə yaxşı əhval-ruhiyyədə başlamağın əsas şərtlərindən biridir. Daim fərqli dadları sınaqdan keçirməyi sevənlər bu resepti məmnuniyyətlə gündəlik menyularına əlavə edəcəklər.

Lazım olan ərzaqlar:

 
 

  • 3 xörək qaşığı suxarı
  • 1 çay qaşığı un
  • 1 çay qaşığı parmesan
  • 1 çimdik duz və istiot
  • 1 yumurta
  • 1 alma
  • 1 armud
  • 1 mozzarella pendiri
  • qızartmaq üçün zeytun yağı
  • nanə yarpağı
  • balzamik sirkə

 
Hazırlanması:
İlk olaraq alma və armudu nazik dilimlər şəklində doğrayın. Bir qaşıq zeytun yağı əlavə edərək tavanı qızdırın və dilimlərin hər birini iki tərəfli şəkildə 1 dəqiqə ərzində qızardın. Bir qabda suxarını un, parmesan, duz və istiotla qarışdırın. Digər bir qabda isə yumurtanı çalın. Mozarella pendirini dilimləyərək doğrayın. Daha sonra tavaya bir qaşıq da yağ əlavə edin. Dilimlənmiş mozarella pendirini yumurta, daha sonra isə suxarıdan hazırladığınız qarışıma batıraraq 2-3 dəqiqə tavada qızardın. Sonda isə alma, armud və mozzarella pendirini üst-üstə düzüb, üzərinə nanə yarpağı, bir neçə damla balzamik sirkə əlavə edin. Meyvə dilimləri bitənə qədər bunu davam etdirin. Əyləncəli görünüşlü, ləzzətli səhər yeməyiniz hazırdır.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 

 

 

Şərhlər

Menyu