KİNO | Oskar mükafatına namizəd türk filmi “Ayla”.

 

Rejissor Can Ulkayın filmi “Ayla” 2018-ci ildə Oskar mükafatlarında Türkiyəni rəsmi olaraq təmsil etmək üçün namizədliyini irəli sürüb.

Film, 1950-ci illərdə Koreya müharibəsində iştirak edən Süleyman adlı türk əsgər və müharibədə öldürülmüş ailəsinin yanında tapıb Ayla adını verdiyi kiçik koreyalı qızın ümid dolu hekayəsindən bəhs edir.

Gerçək hekayə əsasında çəkilən və qəhramanlarının hələ də həyatda olduğu “Ayla” filmi zaman, məkan, dil,  din, irq fərqi olmadan vicdanının insanları necə birləşdirə biləcəyini təsvir edir.

Filmdə türkiyəli əsgər öz həyatını təhlükəyə ataraq yarı donmuş vəziyyətdə olan kiçik qızı xilas edir və müharibə müddətində özü ilə birgə saxlayır. Fərqli dillərdə danışdıqlarına görə bir-birləri ilə münasibət qura bilməsələr də, onların arasında çox sıx bağ yaranır. Müharibə bitdikdən sonra evə qayıtmalı olan əsgər kiçik qızı tərk etmək istəmir, lakin gələcəkdə yenidən onu tapacağına ümid edərək Aylanı uşaq evinə verməyə məcbur olur. İkili 60 ildən sonra nəhayət ki, yenidən qovuşur.

Filmdə İsmayıl Hacıoğlu, Kim Seol, Lee Kyong-Jin, Ali Atay, Murad Yıldırım, Taner Birsel, Meral Çetinkaya, Damla Sönməz, Sinəm Uslu, Erik Roberts, Kim Byoungsun, Conni Yanq, Mehmet Esən və s. kimi məşhur 32 aktyor yer alıb.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

Şərhlər

Menyu