Papercutting. Mehdi Rüstəmovun böyük səbr tələb edən sənəti.


 

Kağız kəsmə (papercutting) zərif sənət vasitəsilə sadə qrafik dizaynlardan tutmuş, xırda detallı möhtəşəm 3D təsvirlərə qədər hər şey yaratmaq mümkündür.

Qədim Yaponiyada yaranan bu sənət sahəsi, kimonoların üzərinə, həmçinin evlərdə arakəsmə qapıların üzərinə müxtəlif naxışlar vurmaq üçün istifadə olunurdu.

Azərbaycanda bu sənət sahəsinə xüsusi maraq göstərən Mehdi Rüstəmov yaratdığı qüsursuz təsvirlərlə böyük diqqət cəlb edir.

“Dünyanın bir neçə ölkəsində bu incə əl işi ilə məşğul olan sənətkarlar tanıyıram. Xırda detallara böyük diqqət ayırıram və məmnuniyyətlə bu sənəti Azərbaycana da gətirmək istədim. Əl işlərimi yaradarkən, şəkilləri ilk öncə kağız üzərinə çəkib, daha sonra xüsusi vasitələrlə təsvirləri kəsirəm. Xüsusi kompozisiya verərək yaratdığım əl işlərimdən izləyicilərimin zövq almasını istəyirəm.  Qarşıdan gələn aylarda bu sənətlə bağlı layihələrimlə izləyicilərimi sevindirəcəm.”

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu