Molli Qoddard. Podiumda addımlayan ballerinalar..


 

2014-cü ildə, London Moda Həftəsi müddətində ilk kolleksiyasını nümayiş etdirən Molli Qoddardın əl işləri böyük maraqla qarşılanmış və dəb dünyasında bütün diqqətləri öz üzərinə çəkmişdir.

Dizaynerin Payız 2017 kolleksiyası rəngarəngliyi, onun geyimlərə olan əyləncəli yanaşması ilə dəb sahəsində əks səda doğurdu. Kolleksiyada üstünlük təşkil edən parlaq rəngli tüllərdən hazırlanmış libaslar, ətəklər ilk baxışdan abartılı görünsə də, modellər üzərində kombin edilmiş kardiqan və balet ayaqqabıları ümumi mənzərəni tamamlayır.

Bununla yanaşı kolleksiyanın təqdimatı da marağa səbəb olub. Beləki, nümayiş zamanı modellər səhnənin arxasına deyil, masa arxasına keçərək, şounun bir hissəsi olan meyvə, içki və şamlarla bəzədilmiş süfrə arxasında  əyləşirdilər.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

Şərhlər

Menyu