MARA HOFFMAN. Oyan və hərəkət et!


 

Hər zaman dəb sahəsinə xüsusi marağı olan Mara Hoffman, 2000-ci ildə bu həvəsini peşəkar sahəyə çevirmək qərarına gələrək öz adını verdiyi brendin əsasını qoydu.

Bir zamanlar fərqli printləri ilə yadda qalan brend, son zamanlar daha çox insan vücudunu və qadınların zərif xüsusiyyətlərini vurğulayan sadə geyimlər dizayn edir.

Dizaynerin sözlərinə görə, o, geyimləri hazırlamaq üçün dünyanın müxtəlif yerlərinə etdiyi səyahətlərindən və gündəlik həyatın gözəlliyindən ilham alır.

“Biz artıq neçə müddətdir ki, bu sahədəyik, lakin geriyə dönüb baxdığımız zaman hələ yolun başında olduğumuzu görürük. Başa düşürük ki, bizim öyrənməli olduğumuz və həll etməli olduğumuz çox şey var. Bizim hazırladığımız Payız 2017 kolleksiyası qadınlar və onların gördüyü işlər sayəsində insanlığın oyanmasını və hərəkətə keçməsini əks etdirir. Mən bu kolleksiyanı fərqlilikləri daim öz həyatlarının ayrılmaz hissəsinə çevirən xanımlara həsr edirəm.”

 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

Şərhlər

Menyu