Yatmış gözəl. Körpəsini yatarkən əyləncəli obrazlarda çəkən fotoqraf ana Laura İzumikava.


 

Yeni ana olmuş şəxslər çox vaxt eyni məsləhəti eşidir: “Uşaq yatanda sən də yat istirahət et”. Lakin yeni ana olmuş fotoqraf Laura İzumikava qızının yatma prosesini daha əyləncəli şəkildə dəyərləndirir.

Fotoqraf qızı Coey yatan zaman ona müxtəlif xalqların milli geyimlərini,  serial və ya cizgi film qəhrəmanlarının kostyumlarını geyindirərək fərqli obrazlar yaradır. Bu geyimlər arasında redaksiyamızın ən çox diqqətini cəlb edən isə Azərbaycanın milli libası oldu.

“ Mən ilk əvvəl bu işə başlayanda, fotoların bu qədər diqqət çəkməsi məni narahat edirdi və həttə mən bu işi sona çatdırmaq istəyirdim. Lakin bir qədər sonra izləyicilərim tərəfindən mənə yazılan xoş sözləri oxuduqdan sonra bu fikrimdən daşındım. İnanıram ki, qızım gələcəkdə bu şəkilləri və videoları görüb çox əylənəcək.”

 

Hazırladı: Şəbnəm Ramazanlı

 

Şərhlər

Menyu