Bakı Şopinq Festivalı. Bir ay davam edəcək fürsətlər!


 

Bu payız Bakıda keçiriləcək diqqət çəkən tədbirlərin sırasına daha biri əlavə olundu. Şəhərimizi dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirmək məqsədilə təşkil olunan ikinci Bakı Şopinq Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

Yerli əhalinin və turistlərin bu festivalda iştirakı onlara bir çox əlverişli fürsətlər qazandıracaq. Vaxtına, puluna qənaət etmək istəyən, eləcə də keyfiyyətə üstünlük verən və zövqünə güvənənlər, bir ay boyunca təqdim ediləcək festival fürsətlərini qaçırmayın!

Dünya ölkələrində alıcılar şopinq festivallarını səbirsizliklə gözləyirlər. Bu cür tədbirlər alıcılara festivala qoşulmuş mağazalarda brend malları daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır. Misilsiz Bakı Şopinq Festivalı vətəndaşlarımıza və şəhərimizin qonaqlarına hər biri bir ay davam etməklə, ildə iki dəfə bu fürsəti yaradır.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı


 
 

Şərhlər

Menyu