COLLEZİONE İtalia-dan top 3 çilçıraq brendi


 
 

İşıq bizə enerji verən və ruhumuzu qidalandıran həyat mənbəyidir.

Evlərdə işığın az olması onun kədərli və sıxıcı görünməsinə, həmçinin otaqdakı rənglərin solğun və cansız olmasına səbəb ola bilər. Evdə çoxlu böyük pəncərənin olması belə, işıqlı otağa təminat vermir.  Buna görə də, interyer dizaynerləri, müxtəlif süni işıq elementlərindən istifadə edərək,  sözün əsl mənasında evə parlaqlıq və enerji gətirməyə çalışırlar.

Ev interyerinin ayrılmaz parçası olan çilçıraqların tarixi çox qədim və zəngindir. XVII əsrin sonlarında hər biri fərqli sənət əsəri olan çilçıraqlar yaranmağa başladı. Bu vaxta qədər isə kasa formasında və tavana birləşik şəkildə mövcud olan lampalardan istifadə olunurdu. Onlara yağ və ya neft doldurulur, içərisinə bitki liflərindən fitil yerləşdirilirdi.

 “Panikadilo” adlanan ilk asma çıraq Yunanıstanda yaradılmış ilk dekorativ çıraqlardandır.
Müasir dövrdə onlara hələ də pravoslav kilsələrində rastlamaq mümkündür. Bizim hamımıza çox yaxşı tanış olan büllur çilçıraqlar  formasına görə panikadiloya bənzəyir.

    XVIII əsrin ikinci yarısına borokko formalı çilçıraqlar dəbdən düşməyə başladı və bu üslubu ciddi klassisizm əvəzlədi.
Daha sonra xüsusi zövqlə bəzədilmiş, palıd ağacı yarpaqlarını xatırladan böyük ölçülü  büllur çilçıraqlar aktuallığını itirməyə başladı və onların yerini dəqiq konstruksiyalı çıraqlar tutdu. Belə çilçıraqlar əsasən rənglənmiş şüşələrdən istehsal olunan müxtəlif fiqurlu elementləri özündə birləşdirirdi.

  Tarixən qurulmuş ənənələr və formalar dizayndakı dəbin istiqaməti ilə birgə dəyişərək müxtəlif üslublarda qeyri-adi çilçıraq modelləri yaratmağa imkan verir. Bugün müxtəlif interyer dizaynları üçün hay-tek, romantizm, kantri, qotika, modern və s. kimi üslublarda işıqlandırma sistemləri mövcud olduğuna görə xəyallarınızdakı çilçırağı tapmaq daha asan olub.

300-dən artıq brendin bir araya gəldiyi ekspozisiya məkanı COLLEZİONE İtalia  sizə hər zövqə uyğun çılçıraqlar, işıq elementləri təklif edir.

 
 
 



SCHONBEK

SCHONBEK işıqlandırma sistemləri şirkəti, illərdən miras qalmış sənətkarlığın ən yüksək keyfiyyəti, əsl əl işi kristallarının istifadəçisidir. Hər bir yaradılmış məhsul gələcək nəsilləri işıqlandırmaq üçün nəzərdə tutulmuş, zəriflik və zənginliyin parlaq bir əsəridir. Brend 40.000-dən çox məhsul növü, hər biri özünəməxsus, xüsusi sifarişlə hazırlana biləcək işıqlandırma sistemi təklif edir. SCHONBEK, böyük tarixi əhəmiyyətli binalar, saraylar, lüks otel və kurortlar, kazinolar, lüks restoranlar, Hollywood filmlərinin çəkildiyi meydançalar və digər nüfuzlu məkanlarda parlaq və möhtəşəm izlərini qoymuşdur.SCHONBEK 2007-ci ildən Swarovski Qrupunun üzvüdür. Marka Plattsburg, Nyu-York, ABŞ-da dizayn və istehsal olunur.

 
 
 

İDL

İDL – İtalian Design Lighting şirkətinin təməli 1987-ci ildə, iki dosentin, Lino Feltrin Antonio Pivanın interyer üçün dekorativ işıqlandırma istehsal edən fabrika yaratmaq ideyası və onların təcrübəsi sayəsində qoyuldu.
İllər boyu şirkət sənətkarlıq istiqamətində fəaliyyət göstərərək nəticədə eksklyuziv və möhtəşəm dizayn yaradıcılığı ilə şirkətə yüksək nailiyyətlər bəxş etmişdir. Bu gün İDL işıqlandırma sahəsində liderdir və qeyri-adi dizaynının olması ilə tanınır. İDL brendinin sirri “İtaliya istehsalı”-nın fərqli xüsusiyyəti olan əl işi və yüksək sənətkarlıqdır. Bu əsas prinsiplər şirkəti hər zaman irəliyə doğru aparan meyarlar olub.

 
 
 

LA MURRİNA – MURANO

La Murrina Murano şüşə fabriki 20-ci əsrin ikinci yarısında İtaliyada qurulmuşdur. Bu gün şirkətin adı İtaliya dekorasiya sənəti və şişirdilmiş şüşə istehsalı ənənələri ilə sinonimidir. La Murrinaşirkəti məşhur Roberto Cavalli brendinin çilçıraq və aksessuarları üçün Murano şüşələrini istehsal edir.

 

25.000 kv/metr ərazidə yerləşən iri miqyaslı məkanı və gözoxşayan konsepsiyası ilə paytaxtımızda ilk olan  COLLEZİONE İtalia interyer mərkəzi alıcılarına Avropanın ən unikal mebel brendlərindən ibarət zəngin kolleksiya təqdim etməkdədir. Məkanda “lüks” sinfə məxsus 300-dən çox brend tərəfindən yüksək keyfiyyətə malik İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan mebel və mətbəx nümunələri, santexnika aksessuarı, divar kağızları, parketlər, qapı və pəncərələr, pərdələr, işıqlandırma vasitələri, zəngin qab-qacaq dəstlərindən ibarət böyük kolleksiya və ev üçün aksessuarlar sərgilənir.

Əfsanəvi mebel brendlərindən əlavə, dünyaca məşhur dizaynerlərin interyer nümunələrinin orijinal formada və bir məkanda təmsil olunması, xüsusən yeni ev sahibi olmağa hazırlaşanlara interyer dünyasındakı tendensiyaları yaxından izləmək imkanı yaradır.

 
 

Ətraflı məlumat üçün:
www.collezioneitalia.az

Ünvan: Akademik H.Əliyev küç, 139 A
Tel: +994 50 228 11 00; +994 12 568 11 00

Instagram: @collezioneitalia
Facebook: Collezione Italia

 
 

 

Şərhlər

Menyu