Baku Street Fashion | Nizami Kinoteatrı Ərazisində Küçə Dəbi

 


 


“Zuleykha”
jurnalının paytaxtımızın müxtəlif məkanlarında həyata keçirdiyi və artıq adət halını alan Baku Street Fashion layihəsi bu dəfə “Nizami” kinoteatrə ətrafında, məşhur dünya brendlərinin yerləşdiyi şəhər mərkəzində baş tutdu.

Brend mağazalarının və fərqli arxitekturaya malik qədim binaların yerləşdiyi bu ərazi şəhərin ən qaynar nöqtələrindən hesab olunur. “Zuleykha” jurnalı olaraq zövqlü geyimləri və fərqli tərzləri ilə diqqət çəkən dəbsevərləri bir araya topladıq. Artıq payız fəsli olmasına baxmayaraq, havaların isti keçdiyini nəzərə alan şəhər sakinləri görünüşlərində daha çox əlvan rənglərə və yüngül geyimlərə üstünlük veriblər. Həmçinin sadə geyimlərinə şıq görünüş vermək üçün müxtəlif aksessuarlardan xırda detallardan istifadə ediblər.

Xatırladaq ki, jurnalda davamlı keçirilməsi nəzərdə tutulan rubrikada növbəti çəkilişlər zamanı Bakının digər müxtəlif küçələrindən dəbli şəhər sakinlərini sizlərə təqdim etməyə davam edəcəyik. Layihə çərçivəsində şəhərimizin özünə güvənən modabazlarını çəkilişlərdə iştirak etməyə dəvət edirik! Maraqlananlar hello@zuleykha.az ünvanına yazmaqla bizimlə əlaqə saxlaya bilərlər.

 
 

Hazırladı: Aytən Rza
Foto: Leyla Hüseynova

 
 

Natavan Əfəndiyeva
Aktrisa

 
 
 
 

Sabutay Məmmədzadə
Marketinq Menecer

 
 
 
 

Rilaya Hüseynzadə
Müğənni

 
 
 
 

Mais Matte
Fotoqraf / Mühəndis

 
 
 
 

Vüsalə Səid
Aparıcı

 
 
 
 

Şərqiyyə Vüqarsoy
Nəşriyat meneceri

 
 
 
 

Asəf Baxşıyev
Dizayner

 
 
 
 

Aynur Əzizova
Vizajist

 
 
 
 

Nəcibə Əhmədi Fəxrabad
Video Bloqer

 
 
 
 

Aygül Səfərli
Dizayner/ Rəssam

 
 
 
 

 

Nərgiz Musayeva
Tələbə

 
 
 
 

Luiza Matkazina
Model

 
 
 
 

Şərhlər

Menyu