Heydər Əliyev Mərkəzində “Modernizm və Moda” sərgisi


 

Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında “Modernizm və moda” sərgisinin açılış mərasimi olub. 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət olan kolleksiyanın rəhbəri Aleksandr Vasilyev, kuratoru Kirill Qasilindir.

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib. Tədbirdə çıxış edən mərkəzin direktoru Anar Ələkbərov sərginin 7 ay müddətində hazırlandığını və 2018-ci il aprel ayının 5-nə qədər davam edəcəyini deyib.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzi artıq bir neçə dəfə dəb sahəsinə həsr olunmuş sərgilərə ev sahibliyi edib. Burada Heydər Əliyev Fondunun dəstəyi ilə italyan modelyer Renato Balestranın Azərbaycan ornamentlərindən ibarət moda şousu, eyni zamanda, 2015-ci ildə Monako Şahzadəsi Qreys Kellinin zinət əşyaları, şəxsi geyim nümunələrinin nümayiş olunduğu sərgi keçirilib.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu