Şarlotta Çesne. Abstrakt buruqlar.


 

Gənc, lakin peşəkar aksessuar dizayneri Şarlotta Çesnais dəb sahəsində təhsilini bitirdikdən sonra, ilk iş təcrübəsi olaraq  BALENCİAGA moda evində fəaliyyət göstərməyə başlamışdır.

2015-ci ildə öz adını verdiyi brendi yaradan dizayner, ilk kolleksiyasına görə ANDAM dəb mükafatına layiq görülmüşdür. İlk baxışdan aksessuarlardakı zərif buruqlar və axıcı cizgilər onlara abstrakt forma verir.

Şarlottanın kolleksiyaları Fransanın müxtəlif atelyelərində gümüş və əlvan metaldan hazırlanmış əl işlərindən ibarətdir. Dizaynerin aksessuarlarını dünyanın müxtəlif ölkələrindəki 60-a yaxın prestijli butiklərdən əldə etmək mümkündür.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

Şərhlər

Menyu