Anastasiya Komarova. Çantalara memar toxunanda..

 

Anastasiya Komarova Moskva Memarlıq Universitetində təhsil alıb və təhsil müddətində öz memari fikirlərini dəri üzərində əks etdirmək qərarına gəlib. Bunun üçün dəri çantaları seçən dizayner, ilk sınaqları apardıqdan sonra çantaları FORMS brendi adı altında istehsal etməyə qərar verib.

2011-ci ildə yaradılan brendin əsas xüsusiyyəti çantalarda yüksək keyfiyyətli materilların istifadə olunması, həmçinin onların İspaniyada sənətkarlar tərəfindən əl işi kimi hazırlanmasıdır.

Memarlığın dəblə birləşdiyi çanta və klaçları görən hər bir xanımda onlara sahib olma arzusu yaranır.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

 

Şərhlər

Menyu