KİNO | Emil Quliyevdən ” İkinci Pərdə”


 

Son illər etdiyi addımları ilə yerli kino həvəskarlarını sevindirən film sahəmizdə yaxın bir zamanda daha bir film işıq üzü görəcək.  Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdan olan “ İkinci Pərdə” adlı film noyabr ayının 16-sı tamaşaçılara təqdim olunacaq.

Xatırladaq ki,  filmin rejissoru Emil Quliyev bundan əvvəl nümayiş olunmuş “Pərdə” filminin müəllifidir. Onun bu filmi qohum evliliyi, övlad-valideyn münasibətləri kimi ciddi mövzulara həsr olunmuş və cəmiyyətdə böyük səs-küyə səbəb olmuşdur.

“Art Film Bakuistehsalı olan filmin baş rollarında Hikmət RəhimovGünay ƏhmədQorqud CəfərElşən Əsgərov və başqaları çəkilib. Ziya AğaRövşən AğayevElşən HacıbabayevGülnarə AbdullayevaSəbinə MəmmədovaCəmilə TağızadəZəhra RüstəmovaZaur ŞəfiyevAzər AydəmirTural Əhməd də filmin aktyor heyətinə daxildir.

Süjeti xəyanət mövzusu əsasında qurulmuş filmin treyleri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Filmin rejissorunun sözlərinə görə “İkinci Pərdə” ilk filmin davamı deyil, ondan daha maraqlıdır və hər cəhətdən daha peşəkarlıqla çəkilib.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

 

 

Şərhlər

Menyu