İconmekh | Beretimlə payıza keçid luku


 

Mövsüm dəyişikliyi ilə əlaqədar artıq qardirobumuzdakı payız geyimlərinə xoş gəldin deməyin zamanı gəlib çatıb.
Bu dəfəki lukumda hər zaman dəbdə olan zolaqlı kombinezondan istifadə etdim. Xüsusilə 2017-ci ilin son 3-4 ayında böyük marağa səbəb olan belə naxışlı geyimlər, məncə, daha çox işgüzar xanımlarımızın sevimlisinə çevrilib.

 Bu dəfəki lukumdan da göründüyü kimi, mən sport və klassik üslubları bir-biri ilə qarışdırmağı çox sevirəm 🙂
Hər geyimin fərqli bir aksessuarı və ya diqqət çəkən kiçik bir detalı olmalıdır. Bu kombinezonun altında gördüyünüz tül corablar, türklər demiş, “hafifə alınmamalıdır”.
Tül corabların geyimlərlə kombinlənməsi çətin olduğna görə, bir çox xanımlarımız risk edib onlardan istifadə etmirlər. Lakin bəzən risklər qüsursuz görüntülərin əldə olunmasına səbəb olur.  Əgər düzgün istifadə etsəniz, sadəcə bir corab bütün görünüşünüzü dəyişə bilər.

Geyimdə əsas rol oynayan aksessuarlardan biri də çantadır, çünki bir çanta geyimi həm “in”, həm “out” edə bilər. Mini çantalar favoritim olduğu üçün bu lukumda da onlardan istifadə etmişəm.

Payız fəslində çantadan sonra əsas aksessuarlardan biri də beretlərdir. Bu kombində beret və corabların bir-birini tamamladığını hesab edirəm. Özüm rəssam-dizayner olduğum üçün hər dəfə beret istifadə edəndə rəssam havasına girirəm.

Payız fəsli üçün əvəzolunmaz aksessuarlarım olan eynək və bereti qardirobumun ayrılmaz cütlüyü hesab edirəm.
Sonda isə hər bir xanıma risk etməyi tövsiyə edirəm, əgər fərqli görünmək istəyirsinizsə, risk etməlisiniz.

İnşallah növbəti postlarımda görüşmək ümidi ilə. Bu çəkiliş üçün isə Hikmət İmanzadəyə təşəkkür edirəm.

 
 

Hazırladı: Mehin Oktaylı
İnstagram: @iconmekh
Foto: Hikmət İmanzadə

 
 

 

 

 

 

 

 

 

Şərhlər

Menyu