Rus brendi BRUSNİKA. İsti toxunuş.


 

2014 ildə yaradılan və qısa zamanda şöhrət qazanan Rusiyanın qadın geyimləri brendi BRUSNİKA dünyanın ən aktual trendlərini izləyərək xanımların dəbli və stil sahibi olaraq görünmələrini təmin edən geyimlər dizayn edir.

Brend kolleksiyalarına nəinki, sviter və ya gödəkçələri daxil edir, eləcə də məharətlə toxunma ətəklər, şortlar və hətta ziyafət geyimləri dizayn edir. Ümümilikdə marka yüksək keyfiyyətli toxunma məhsulları ilə yanaşı, həmçinin kolleksiyalarını təqdim etmə üsulları, fotosessiyaları ilə də geniş auditoriyada diqqət çəkə bilmişlər.

Nəzərinizə çatdıraq ki, Moskavada 7 brend mağazası olan BRUSNİKA 2016-cı ildə Avropa bazarına da daxil oldu.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 


 

 

 

Şərhlər

Menyu