İşıqlarla monotonluğa rəng qatan fotoqraf Eltac Niftəliyev.


 

 Fotoqrafiya sahəsi inkişaf etdikcə, müxtəlif üslublarda çəkilişlər edən həmyerlilərimizin sayı getdikcə artır.
Fərqli üslublar yaratmağa çalışan və ya fotolarında adət etdiyimiz kadrları fərqli retuşlayan, effekt verə bilən fotoqraflar bu sahəyə rəng qatır.

İnstagram səhifəsindəki şəkillərilə izləyicilərinin marağını qazanan Eltac Niftəliyev xüsusi işıq elementlərindən istifadə edərək öz tərzini vurğulayır. Uşaq yaşlarından fotoqrafiya sahəsinə xüsusi marağı olan gənc fotoqraf ona olan həvəsindən universitet təhsilini yarıda qoyur. Bir müddət maddi çətinliklər üzündən fəaliyyətinə başlaması yubansa da, sonunda o sonsuz istəyinə nail olur.

Fotoları bir çox insan tərəfindən bəyənilsə də, özü onları heç zaman bəyənməyən Eltac daha çox işıq effektlərilə olan şəkilləri sevdiyi üçün bu üslubu seçdiyini bildirir. Onun fikrincə, işıq elementlərinin vasitəsilə fotolarda xüsusi ab-hava yaratmaq olur.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

 

Şərhlər

Menyu