LA PERLA Bakının mərkəzində yeni butikini açdı!


 

Sentyabrın 29-da Bakıda LA PERLA – tanınmış italyan brendinin möhtəşəm açılış mərasimi keçirildi. Açılış zamanı qonaqlar məşhur brendin təklif etdiyi yeni məhsullar və qeyri-adi klassik modellər ilə tanış olublar.

Xatırladaq ki, əsası 50-ci illərdə dizayner Ada Masotti tərəfindən qoyulmuş brend dünyada nadir moda evlərindəndir ki, qadın tərəfindən yaradılmışdır.

Hazırda Kreativ Direktoru Culia Haart olan dünya brendi ilk vaxtlar yalnız alt geyim istehsalı ilə məşğul olsa da, alıcılarına artıq geyim, çanta, ayaqqabı, aksessuarlar və ətirlər də təqdim edir.

LA PERLA-nın Bakıdakı butikində lüksü sevənlər üçün ipəkdən gecə geyimləri, praktik pijamalar, romantik alt geyim və cəlbedici aksessuarlar əldə edə biləcəklər.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı
 
 
Ünvan: Fikrət Əmirov 2
Tel: +994 12 493 8637
İnstagram: Perla Baku
 
 

 

Şərhlər

Menyu