5 illik yubiley! Rusiyalı hicab brendi BELLA KAREEMA ad günün qeyd edir.


 

Müsəlman qadınlarına cəmiyyətə inteqrasiya etmək, öz üslublarını tanımaq, dəblə ayaqlaşmaq və öz gözəlliklərinə əmin olmaq imkanı yaradan BELLA KAREEMA brendi sentyabrın 29-u 5 illik yubileyini qeyd etdi.

 “ Mən hesab edirəm ki, ötən 5 il ərzində biz öz məqsədimizə nail olmuşuq, bizim Rusiyanın 8 şəhərində mağazamız fəaliyyət göstərir və onlayn mağazamız Rusiyanın hər bir nöqtəsinə çatdırılmanı həyata keçirir. Biz qadınsı silüetlərin, axıcı parçaların, romatika və azadlığın, rahatlıq, unikallıq ilə ahəngini təşkil etdiyi, eləcə də şəhər həyatına uyğun gündəlik geyimlər hazırlayırıq. Biz qadınlara təkcə qüsursuz geyimlər deyil, həmçinin onların daxili dünyasının zənginliyini və hormoniyasını vurğulayan geyimlər təklif edirik.”
Qalina Troşina, brendin baş icaraçı direktoru

BELLA KAREEMA həyat tərzi, xüsusi zövq və yüksək keyfiyyəti təcəssüm etdirən möhtəşəm brenddir.

 


 

 Brend yarandığı ilk gündən ənənəvi Şərq üslubunu şəhər tərzi ilə calaşdıraraq proqressiv müsəlman qadınlar üçün müasir kəsimli geyim dəstləri yaratmışdır.
Əlbəttə ki, brend təkcə müsəlman qadınlara deyil, daha geniş auditoriyaya xitab edir.

Hazırda brendin mağazaları Moskva, Qrozni, Mahaçqala, Kazan, Ufa, Nalçik, ÇerkeskNazranda fəaliyyət göstərir.

Brend təkcə Rusiyada deyil, onun sərhədlərindən kənarda da şöhrət qazanmışdır. BELLA KAREEMA  Moslima Style ISIFF 2014 benəlxalq layihəsi çərçivəsində özünü Malaziya auditoriyasına təqdim etmiş, 2015-ci ildə isə İngiltərədə  Saverah The Urban Muslim şousunda iştirak etmişdir.

 

Ətraflı məlumat üçün:

\

www.bellakareema.ru
Instagram: @bellakareema

 
 

 

Şərhlər

Menyu