Röya Ayxan və Səbinə Hüseyn. ” 15 il birlikdə” sərgisi.


 

Senytabrın 29-u,  Röya AyxanSəbinə Hüseynin “15 il birlikdə” adlı geyim sərgisinin açılışı olub. Gənclik Mall Ticarət Mərkəzində baş tutan sərgi, məşhur müğənni və onun 15 ildir ki, əməkdaşlıq etdiyi dizayner-modelyer, “First Fashion Lab” moda labaratoriyasının yaradıcı direktoru Səbinə Hüseyn əməkdaşlığının nəticəsi olan möhtəşəm geyimlərdən ibarətdir.

Röyanın ilk solo konsertindən başlayaraq, bu vaxta qədər bütün kliplərində, fotosesiyalarında, çıxışlarından istifadə etdiyi cəsarətli libas bu sərgidə izləyənlərə təqdim olunacaq.

 


 

Qeyd edək ki, bu, “First Fashion Lab”-ın ilk sərgisi deyil, bundan öncə də moda laboratoriyası etnik geyimləri sevənlər üçün Port Baku Mall Ticarət Mərkəzində geyim kolleksiyası təqdim etmişdir.
Sərgi oktyabr ayının 29-na kimi, bir ay müddətində davam edəcək.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

Şərhlər

Menyu