Azerifoodie | Evdəkilərə brokolini sevdir! Sobada parmezan pendirli brokkoli.


 

Əgər evdəkilərə brokkolini sevdirmək istəyirsinizsə, onda mütləq bu resepti hazırlayın. Onlar yeməyin içində əsla brokkolinin olduğunu anlamayacaqlar.
Çox yüngül və həfif bir soba yeməyidir. Sizin zamanınızı ancaq brokkolini öncədən 5 dəqiqə suda bişirmək alacaq. Yerdə qalan isə tez və asan başa gəlir. Soba yeməklərini buna görə sevirəm. İşləyən qadınlar üçün gözəl bir seçim ola bilər.

Parmazen pendirli brokkoli üçün lazım olan ərzaqlar (2 nəfərlik üçün):

– 250 qr brokkoli
– 200 qr orta yağlı qiymə
– 1 yumurta
– Yarım stəkan yağlılığı 10-15 % olan qaymaq
– Zövqə görə parmezan pendiri

 

Hazırlanması:
Qiyməni öncədən hazırlayın. Orta yağlı mal ətini 1 kiçik soğanla ətçəkən maşından çəkin, 2-3 yemək qaşığı su, duz və istiot vurub qarışdırın. Brokkolinin güllərini ayırın və qaynar suya salın. Suda qaynadaraq 3-4 dəqiqə bişirin (yenədə bişib bişmədiyini özünüz yoxlayın). Vaxtı ötürməyin, brokkoli yarımçiy bişməlidir.
Sous üçün qaymağın içinə yumurtanı əlavə edin və yaxşıca qarışdırın. Daha sonra parmezan pendirini sürtkəcdən keçirib üzərinə əlavə edin.
Yeməyi bişirəcəyiniz qabın dibini azacıq yağlayın, sonra qiyməni yayın. Hər tərəfi eyni qalınlıqda olsun. Üstündən brokkolini sıx şəkildə düzün. Ən sonunda parmezanlı sousu yeməyin üstünə tökün və öncədən 190 C isidilmiş sobada 40-45 dəq üstü qızaranadək bişirin.
 
 

Nuş olsun!

Hazırladı: Mehriban Məmmədova

https://azerifoodie.blogspot.com 
Instagram: @azerifoodie

 
 

 

Şərhlər

Menyu