YOLANCRİS. Neo-Viktorian üslublu ispan gəlinlikləri.

 

YOLANCRİS- YolandaKristina adlı iki bacı tərəfindən 2005-ci ildə Barselonada yaradılan moda evi, gəlinlik və ziyafət geyimləri brendidir.
Kiçik yaşlarından analarının onlara gəlinliklərin sehrli dünyasını hiss etməyi aşılayan xanımlar modaya və gəlinliklərə olan maraqları ailədən qalmış bir irsdir.

YOLANCRİS libaslarının hər biri Barselonadakı atelyede, Avropadan gətirilmiş yüksək keyfiyyətli materiallarla əl işi olaraq hazırlanır. 2006-cı ildə Barselona Gəlinlik Həftəsində ilk kolleksiyasını nümayiş etdirən brend, hazırda dünyanın ən qabaqcıl gəlinlik və ziyafət geyimləri brendlərindən biridir.

Brendin 2018 gəliklik kolleksiyası abartını sevənlər və toyunda fərqli görünüş yaratmaq istəyən xanımlar üçün ideal seçimdir.
Neo-Viktorian üslublu volanlı yaxalar, zınqırov formalı ətəklər və qabarıq qolların, qızılı, ağ və pastel tonlarının üstünlük təşkil etdiyi detallara xitab edən kolleksiya xanımlara xəyallarındakı gəlinliyi seçməyə yardımçı olur.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu