TREND | Sentyabrın Seçməsi | Barbie Çəhrayısı


 

Payız aylarının rəng trendi dedikdə hər kəsin ağlına solğun, diqqət cəlb etməyən, pastel tonlar gəlir. Lakin  son bir neçə mövsüm ərzində keçirilən moda həftələrini və baş tutan defilələri nəzərə alsaq, bu mövsüm geyimlərdə əlvan rənglərin, xüsusilə, uşaq yaşlarında xanımların sevimlisi “barbie pink” kimi tanınan parlaq çəhrayı rəngin hakim olduğunu görə bilərik.

Solğun payız günlərində əyləncəli görüntü əldə etmək istəyənlər üçün bu rəng ideal hesab olunur.

Bəs parlaq çəhrayını hansı rənglərlə geyinməli?

Ümumiyyətlə, bu rəng canlı və parlaq olduğu üçün kombinlər yaradarkən bir qədər ehtiyyatlı olmaq lazımdır.  Parlaq çəhrayı rəngi daha çox neytral rənglərlə istifadə etmək tövsiyə olunsa da, onu yaşıl, narıncı, mavi rənglərlə də düzgün şəkildə kombin edərək ideal görüntü əldə etmək olar.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

Şərhlər

Menyu