KÜÇƏ DƏBİ: London Moda Həftəsi


 

Sentyabrın gəlişi ilə Nyu-Yorkda başlayan moda həftəsi 15-19 sentyabr tarixləri arasında London moda həftəsi ilə əvəz olundu. Modanın inkişafına istiqamət verən dəbli modabazlar 2018 Yaz-Yay kolleksiyalarının tanıdılacağı London Moda Həftəsində də öz sözlərini dedilər.

Hər il mütəmadi təşkil olunan moda tədbirini izləməyə gələnlər yaddaqalan stilləri, yeni dəb ideyaları ilə “street style” fotoqraflarının obyektivləri mərkəzində, moda yazarlarının isə məqalə başlıqlarında ən ön sıralarda yer almağı bacardılar.

“Havanın yağışlı və soyuq olması səni stil sahibi olmaqdan məhrum edə bilməz” devizi ilə moda nümayişinə gələnlər bu tarixi və bir o qədər də müasir şəhərin küçələrində öz fərqli dəb üslublarını ustalıqla sərgilədilər. “Oversize” və “boyfriend” pəncəklər, vinil trençkotlar, açıq rəngli, bol kəsimli cinslər, zərif, çiçəkli donlar, müxtəlif formalı sviterlər və s. geyimlərlə tarixi London küçələrini bəzəyən adsız ulduzlar gələcək moda axınına da ilham qaynağı oldular.

 
 

Hazırladı: Şəbnəm İsrayılova

 
 

Şərhlər

Menyu