Rebekka de Ravenel artıq geyim nümayişinə də başladı.


 

Uşaqlığını Baham adalarıParisdə keçirən aksessuar dizayneri və Les Bonbons sırqalarının yaradıcısı Rebekka de Ravenel artıq dəbli xanımlar üçün geyimlər də dizayn etməyə başlayıb.

Onun başdan ayağa ipəkdən olan kaftanları hazırda bir çox xanımın həm rahat, həm də dəbli görünmək istəyini əks etdirir.

İlk baxışdan onun dizayn etdiyi bu geyimlərin yalnız onun aksessuarlarından istifadə edən xanımlar üçün nəzərdə tutulduğu təəssüratı yaransa da, dizayner daha böyük auditoriyada seviləcəyinə iddialıdır.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

Şərhlər

Menyu