Fotograf Rankin və stilist Endryu Qallimor. Yaradıcı ikili birləşəndə.


 

Məşhur britaniyalı fotoqraf Rankin və tanınmış stilist Endryu Qallimorun bir araya gəlməsi, mükəmməl kreativ ideyaların yaranması deməkdir.

Rankinin “Alive In The Face of Death” sərgisindən ilham alaraq bir araya gələn ikili öz yaradıcı bacarıqlarını növbəti layihələrində sərgilədi. Artıq bir neçə dəfə birgə əməkdaşlıq həyata keçirən fotoqraf və stilistin bu dəfəki layihələrinin mövzusu bir qədər fərqli idi.

Bildiyimiz kimi, hər il noyabr ayının əvvəlində Latın Amerikası ölkələrində, xüsusilə Meksikada “Ölülər Günü” bayramı qeyd olunur. Bayramı daha rəngli və qeyri-adi qeyd etmək üçün RankinEndryu bu addımı atmaq qərarına gəldilər və aşağıdakı fotoları ərsəyə gətirdilər.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu