Şahzadə Rania əl-Abdullah. İordaniyanın dəb ikonası.


 

    Zərif və qüsursuz geyim tərzi hər zaman diqqət mərkəzində olan İordaniya şahzadəsi Rania dünyanın ən dəbli birinci xanımlardan hesab olunur. 1993-cü ildə İordaniya kralı ilə ailə qurduqdan sonra onun dövlət işlərindəki rolu ilə yanaşı, geyim tərzi və zövqü də diqqət önündən kənar qalmamışdır. Bu illər ərzində ərəb dünyasının dəb ikonası Rania Orta Şərq geyim tərzini öz füsünkar və gözoxşayan geyimləri ilə layiqincə təmsil etmişdir.

Onun qardirobunda Dolce & Gabbana, Oscar de la Renta, Giorgio Armani, Christian Dior, Prada   Gucci kimi beynəlxalq, eləcə də,  Aennis Eunis Elie Saab kimi iordaniyalı modelyerlərin əl işləri yer alır. Qeyd edək ki, Elie Saab şahzadənin tacqoyma mərasimi üçün zümrüd və almaz qaşlarla bəzədilmiş 2.4 milyon dollar dəyərində olan libas dizayn etmişdi.

    Gündəlik həyatda şahzadə incə zövqü və sadəliyi özündə birləşdirən, öz gərgin iş qrafikinə uyğun sadə geyimlərə üstünlük verir. Geyimlərində daha çox solğun rənglərdən istifadə edən Rania, yaşıl, göy və ya narıncı kimi parlaq rəngli libaslar geyinməkdən də çəkinmir.  2011-ci Forbes jurnalı tərəfindən  “Dünyanın ən güclü 100 qadını”-ndan biri seçilən şahzadə, dünyada qadınlar arasında təkcə geyim tərzinə və gözəlliyinə görə deyil, həm də təhsil, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi və digər sahələrdə göstərdiyi xidmətə görə böyük nüfuz qazanmışdır.
 
 
Hazırladı: Şəbnəm Ramazanlı
 
 

 

 

Şərhlər

Menyu