VİLSHENKO. Konservativ dəbdəbə.

 

Əslən Rusiyanın Ural bölgəsindən olan Olqa Vilşenko nəsildən nəslə ötürülən yüksək keyfiyyətli sənətkarlıq bacarıqları olan insanlar arasında böyümüşdür.

Şərq ənənəsi ilə qərbin dərzi texnikasını birləşdirərək mükəmməl kolleksiyalar ərsəyə gətirən rusiyalı dizayner bu libasları hazırlamaq üçün hələ kommunizm dövründə alışılan tərzə zidd gedərək öz dəbli geyimlərini yaradan anasından ilham almışdır.

Şərq irsinin Qərb silüetlərində əks olunduğu müasir lüks VİLSHENKO brendinin ilk kolleksiyası 2011-ci ildə nümayiş olunmuşdur.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

Şərhlər

Menyu