J.W.ANDERSON. Payız 2017 kolleksiyası mövsümün təzadlı podiumunda.


 

J.W.ANDERSON brendinin yaradıcısı, Britaniyaya məxsus dəbinin ən parlaq ulduzlarından biri Villi Anderson Payız 2017 kolleksiyası ilə öz ustalığını hər zamankı kimi yenidən sübut etdi.

Dəb sahəsində yeni olmasına baxmayaraq bu brend hər dəfə öz dizaynları ilə izləyənləri təəccübləndirməyi bacarır.
Zamana ayaq uydurmağa çalışan dizaynerin demək olar ki, bütün kolleksiyalarında müəyyən qədər xaotiklik olur. Onun material, aksessuar və silüetlərdəki təzadlı seçimləri nəticədə fərqli və diqqətçəkici geyimlərin yaranmasına səbəb olur.

Geyimlərdə xəz dərilərdən də istifadə olunduğu bu kolleksiyadakı uçuşan, gözalıcı naxışlarla işlənmiş, qat-qat və assemetrik kəsimli, “patchwork” libaslar, beli aşağıdan olan, dəvəquşu lələkləri ilə bəzədilmiş ətəklər, gümüşü zəncirlərlə dizayn edilmiş köynəklər, kvadrat dabanlı hündür çəkmələr və kristallarla işlənmiş səndəllər onun peşəkarlığını yenidən vurğuladı.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

Şərhlər

Menyu