ELIE SAAB. “Game of Thrones” növbəti kolleksiyanın ilham mənbəyi oldu.

 

Bir neçə ay öncə Nyu Yorkda, Madison Avenyuda mağazası açılan ELIE SAAB  Payız-Qış’ 17/ 18 kütür kolleksiyasını təqdim etdi. Onun bu kolleksiyasında modellər sanki orta əsr şahzadələrinə və ya “Game of Thrones” serialının qadın qəhrəmanlarına bənzəyirdilər. Kolleksiyanı hazırlayarkən livanlı dizayner möhtəşəm zirehlər geyinmiş cəsur və gözəl qadın hökmdarlardan ilham almışdır.

Məxmər parça üzərində biserlərlə bəzədilmiş uzun libaslar, yüksək zövqlə naxışların işləndiyi pəncəklər izləyənləri heyran etdi. Geyimlər qolbaq, sırğa, bürünc və qiymətli daşlardan hazırlanmış tac, boyunbağı kimi aksessuarlarla, həmçinin zəncir dəstəkli məxmər çanta və səndəllərlə tamamlanmışdı.

Podiumda qırmızı, göy, boz, mavi, yaşıl və çəhrayı məxmərin üzərində qızıl iplik və xəz sanki bir ahəng, havada uçuşan şifon isə izləyənləri məst edirdi.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 

 

Şərhlər

Menyu