ANNİESA HASİBUAN. Həvəskar dizaynerlikdən podiumlara gedən yol.

 

Peşəkar aləmə sevdiyi hobbisindən gələn İndoneziyalı Anniesa Hasibuan  həyat yoldaşı ilə birlikdə getdiyi işgüzar səfər və tədbirlərdə hər zaman baxımlı və şıq geyimi ilə diqqət çəkmişdir.

Londonda keçirilən tədbirlərin birində növbəti dəfə geyindiyi möhtəşəm libasın sayəsində brend yaradaraq podiumda sərgilənməyə dəvət alan dizayner ilk kolleksiyasını 2015-ci ildə ərsəyə gətirir. Əsas süjet xəttinin uşaqlıq xəyalı olan “kraliça” obrazının ətrafında təsvir edən gənc dizayner beləliklə, ilk moda nümayişində yüksək performans göstərərək moda dünyasına daxil olur.

Hasibuan Nyu-York Moda Həftəsi üçün CNN-ə verdiyi açıqlamasında “Bu tədbirin baş tutması üçün mənə kömək edən komandamın hər bir üzvünə minnətdaram və təşəkkür edirəm. Eyni zamanda da moda nümayişimi sərgilədikləri üçün İndoneziyanın beynəlxalq və yerli mətbuatına minnətdaram. Nəticənin belə gözəl olacağını düşünməmişdim və gözlənilməz “xoşgəldin” reaksiyası qarşısında həyəcanlandım.” deyərək qeyd etmişdir.

 

Hazırladı: Tina Orucova

 

 

Şərhlər

Menyu