Albukerke. Dünyanın ən böyük hava şarı festivalı.


 

Dünyanın ən böyük hava şarı festivalı olan Beynəlxalq Albukerke hər ilin payızında, oktyabrın ilk həftəsində 9 gün ərzində baş tutur.

Hər il 750.000-dən çox insanın iştirak etdiyi festivalda 700-dən çox rəngarəng və müxtəlif formalı şar festival müddətində hər səhər sübh açılanda havaya buraxılır.

Vizual gözəlliklərlə zəngin olan hava şarı festivalı, dünyada ən çox şəkillərin çəkildiyi tədbirlərdən biri hesab olunur.

Bu möhtəşəm festivala qoşulmaq üçün Nyu-Meksikanın ən böyük şəhəri olan Albukerkeyə səyahət etmək və təbii ki, tədbir zamanı yaşanan izdihamı nəzərə alaraq əvvəlcədən oteldə otaq ayarlamağı unutmamaq lazımdır.

 

Hazırladı: Şəbnəm Ramazanlı
 
 

 

 

Şərhlər

Menyu