Instagram yaradıcı qaş formalarını trendə çevirdi


 

Bir neçə vaxt bundan əvvəl finlandiyalı vizajist Stella Sironen öz İnstagram səhifəsində əyləncə xatirinə quş tükü formasında düzəltdiyi qaş şəklini paylaşmışdı. Bunun ardınca dünyanın müxtəlif ölkələrindən olan vizajistlər ondan ilham alaraq yaradıcı fərqli qaş formaları yaradaraq sosial şəbəkələrdə paylaşmışlar.

Qaşlarda yaradılan bu “sənət əsərləri” gündəlik istifadə üçün uyğun hesab olunmasa da, bu trendi görməzdən gəlməmək mümkün deyil. Hələlik isə bu qaşların əyləncəli partiləri və ya podiumlara müvafiq olunduğu hesab olunur.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 


 
 

Şərhlər

Menyu