FENTY BEAUTY. Rihannanın kosmetika brendi sosial şəbəkələri partlatdı.


 

Əl atdığı hər bir sahədə uğur qazanan 29 yaşlı Barbadoslu müğənni Rihanna, sentyabr ayının 8-i özünə aid FENTY BEAUTY adlı yeni makiyaj markasını təqdim etdi.
Anası vizajist olan müğəninin uşaq yaşlarından kosmetikaya xüsusi marağı onun hazırki xarici görünüşündə də öz əksini tapır.
Onun sözlərinə görə belə bir marka yaratmaq onun çoxdankı arzusu idi, lakin görüləcək layihələrin çoxluğundan bu istəyini həyata keçirmək imkanı olmamışdır.

 


 

Tanıtım filmində müxtəlif irqlərdən olan xanımların yer aldığı marka, xüsusilə qara dərili qadınlar tərəfindən böyük sevinclə qarşılanıb.

Qablaşdırılması arı pətəyini xatırladan bu kolleksiyaya asanlıqla taxıla bilən kirpiklər, dodağı qurutmayan boyalar, görünməz pudra, müxtəlif rəngli tenlər, aydınlatıcılar, makiyaj fırçaları, yağ əmici dəsmallar, makyaj süngərləri və nəhayət ən çox danışılan 40 fərqli tonlu tonal krem daxildir.

Makiyaj vasitələri maqnit vasitəsilə bir-birinə yapışır və bu, həm makyaj çantasında, həmdə makiyaj stolunun üzərində səliqə yaranmasına səbəb olur.

 


 


Kolleksiyada ən çox diqqət cəlb edən məhsullara Killawat adlı aydınlatıcı və 40 fərqli tonu olan tonal kremlərdir.
Çəhrayı və qızılı tonlarda olan aydınlatıcı bir çox insan tərəfindən abartılı olaraq qiymətləndirilsə də, tünd dərili qadınlar tərəfindən məmnuniyyətlə qarşılanmışdır.
Əksər kosmetika istehsalçıları qara dərili xanımlar üçün nəzərdə tutulmuş tünd rəngli tonal kremlərə tələbatın az olduğundan seçimin də məhdudu olduğunu səbəb gətirsələr də, FENTY BEAUTY bazara çıxdığı ilk gündən bu fikirin əsassız olduğu sübut etdi.

Markanı insanlara sevdirən digər xüsusiyyət isə buradakı məhsullar istehsal olunarkən onların heyvanlar üzərində test olunmamasıdır.

FENTY BEAUTY  məhsulları hal-hazırda Sephora ve Harvey Nichols mağazalarında satışa çıxarılıb.
Bilməyənlər üçün qeyd edək ki, Fenti məşhur müğənninin əsl soyadıdır.

 

Hazırladı: Şəbnəm Ramazanlı
 



 

Şərhlər

Menyu