KÜÇƏ DƏBİ: Nyu York Moda Həftəsi


 

Keçən 10 illər ərzinda moda həftələri müddətində küçə dəbi xüsusi əhəmiyyət qazanmış və hətta bir cərəyana çevrilmişdir. Ötən həftə Nyu Yorkda baş tutan moda həftəsi çərçivəsində podiumda cəlbedici və rəngarəng defilələrin keçirildiyi dönəmdə Nyu York küçələrində də iddialı üslub hakim olduğunu görə bilərik.

Moda həftəsi ərzində küçə dəbi ulduzları isti yay aylarında payıza keçərkən sizə geyimlərinizi necə uyğunlaşdırmaq lazım olmasında kömək etmək üçün əllərindən gələni ediblər.

Moda həftəsi ərzində Maykl Kors, Prabal Qurunq, Mark Ceykobs, Oskar de la Renta, Ralf Loren, Naem Khan kimi məşhur dizaynerlərin, həmçinin Nina Tiari, Romeo Hunte, PH5, LRS kimi yeni debüt etmiş dizaynerlərin də kolleksiyaları yer alımışdı.

Dəfilələri və küçə dəbi luklarını nəzərdən keçirərək, 2018 yaz-yaz mövsümündə əlvan və parlaq rənglərin, bol kəsimli, güllü və şəffaf parçadan hazırlanmış, təzad rənglərdən istifadə olunmuş geyimlərin, maksi və midi ətəklərin trend olacağını deyə bilərik.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

Şərhlər

Menyu