Medin4ik | Makiyaj sirləri. Fırçaları necə seçməli.


 

Hamıya salam!

Hamı makiyajdan, tonal kremlərdən, göz kölgələrindən danışır, lakin bir çox insanlar bir mühüm məqamı unudurlar… Uğurlu makiyajın ən vacib sirlərindən biri fırçalar və onların düzgün istifadə olunmasıdır. Bu səbəbdən də budəfəki bloqumda sizlərlə hansı fırçanın nə üçün istifadə olunduğunu bölüşmək istəyirəm.

Lüks və ya münasib qiymətli kosmetikanın istifadə edilməsinə baxmayaraq, makiyajın üzdə görünüşü tamamilə onun tətbiq edilməsindən aslıdır.

Fırçaların bir çox növü var, amma onların hamısını əldə etməyə dəyməz! Bununla belə, alacağınız nəticənin daha yaxşı olması üçün, onlardan bir neçəsinin istifadəsi məsləhətdir. Üstəlik, bəzi fırçalar var ki, bir neçə məqsəd ilə istifadə oluna bilər. Məsələn, əgər kimsə kirşan üçün balaca fırça istifadə edirsə, başqaları üçün bu fırça bronzer üçün uyğun ola bilər. Ümid edirəm ki, hazırladığım siyahı və hər bir fırçanın qısa təsviri sizə fırça seçərkən onları qarışdırmamağa kömək edər.

 

Baza tətbiqi üçün fırça
Kiçik olmayan, tükləri sıx və düz olan fırça. Bu fırça bazanı asan və qüsursuz tətbiqi üçün nəzərdə tutulmuşdur. Belə fırça ilə bazanı tətbiq edərkən təbii və yüngül örtücülüyü əldə etmək olar.

 
 
 

Kabuki fırçası və sponclar
Bu fırça adətən kiçik və kompakt, yumuşaq və tükləri sıx-sıx olur. Bazadan sonra kabuki fırçası ilə tonal krem vurulur. Amma dərinin yumşaq və daha təbii görünməsi üçün kabuki fırçasından sonra Beauty Blender və ya Real Techniques kimi sponc ilə üstündən keçə bilərsiniz. Bu fırça və sponc makiyaj üçün mükəmməl baza yaratmağa kömək edəcək.

 
 
 

Duo Fiber fırçası
Duo Fiber Brush adətən iki cür tüklərdən ibarət olur: kəskin qara tüklər və ucları yumuşaq ağ olan tüklər. Bu fırçalar krem və maye fakturalı olan kontur və aydınlatıcılarla istifadə olunur. Yeri gəlmişkən, Duo fiber fırçalar makiyajı təzələmək üçün də əladır.

 
 
 

Kirşan üçün fırça
Ən popular olan bir fırça. Bu fırça bütün toz fakturası olan kosmetika üçündü. Onunla kirşanı, bronzeri, eləcə də ənliyi tətbiq etmək olar.

 
 
 

Göz kölgələri üçün fırça
Bunlar düz və sıx olan kiçik fırçalardır. Bu fırçalar ilə rahat bir şəkildə üst göz qapaqlarına lələkli müxtəlif göz kölgələri tətbiq etmək olar. Belə bir fırça adətən yastı və dairəvi olur və kölgələri qapaqların formasına uygun tətbiq etməyə imkan verir.

 
 
 

Göz kölgəsini qarışdırması üçün fırça
“Smoky eyes” efekti yaratmaq istəyirsinizsə, onda bu fırça növü olmadan buna nail olmaq mümkün deyil. Biraz iti olan uclu fırçalar aydın göz konturu üçün istifadə olunur, dairəvi ucu olan fırçalar isə bütün iti kənarları qarışdırmaq üçün istifadə olunur. Lakin mənim fikrimcə, orta ölçülü, nə tam iti, nə də tam yumru olan, standart fırça ən vacibidir – MAC 217 kimi. Əlvan ya da parlaq rənglərə üstünlük verirsinizsə, makiyajdan asılı olmayaraq belə bir fırça ilə klassik acıq qəhvəyi göz kölgəsi göz qapağının bürüşməsinə tətbiq edilib bütün makiyajı təmiz və səliqəli göstərəcək.

Ümumiyyətlə isə hər kəs şəxsən özünə uyğun olan, bəyəndiyi fırçalardan istifadə etməlidir. Ümüd edirəm ki, yuxarıdakı siyahı sizə öz sevdiyiniz fırçaları tapmağa kömək edər. Fərqli fırçaları sınaqdan keçirin və onların makiyaja təsiri sizləri heyran edəcək. Sonda qeyd edim ki, onları hər 2-3 həftədən bir yumağı unutmayın.

Makiyaj içinizdəki kədəri gizlədə bilməz, əsas içiniz gülsün!

 
 

Hazırladı: Mədinə Qasımova
Instagram: Medin4ik 

 

Şərhlər

Menyu