MACH & MACH. Gürcü brendi mövsümün trend rəng və aksessuarlarını podiuma daşıdı.


 

Məlum olduğu kimi aktiv gürcü dizaynerləri məhz Mercedes-Benz Moda Həftələrində həyata keçirilən tədbirlər sayəsində dünyaya daha yaxından tanınmaq şansı qazandılar. MACH&MACH brendini təqdim edən NinaQvants Mocaraşveli bacıları bu siyahıdan yan keçmədi.

2012-ci ildə yaranaraq marka bugünə kimi Gürcüstanda xeyli pərəstişkar qazana bilmişdir. İndi isə bacılar Rusiya dəb sevərlərini ələ almağa çalışırlar. Mocaraşveli bacılarından biri nümayiş zamanı müsahibə verərkən öz yaradıcılıqları barədə “ Bizim kolleksiyada əsas olan faktura və detallardır. Bununla yanaşı hər bir silüet çox sadədir” deyərək, bildirmişdir.

 


 

Dizaynerlərin bu açıqlaması nümayişdə öz təsdiqini tapdı. Kolleksiyada gələcək mövsümdə dəbdə olacaq müxtəlif əlvan rənglər, çəhrayı və sarı rənglərin bütün çalarlarından istifadə olunub. Geyimlərdə bu tonların vəhdət təşkil etməsi, üzərlərində müxtəlif yazıların yerləşdirilməsi kolleksiyanın daha cəsarətli xanımlara aid olacağından xəbər verir.

Bununla yanaşı Mocaraşveli dueti kolleksiyada ironik baxışlarını da əksik etməmişdir. Üzərindəki “Do not disturb”, “Girls do whatever they want” kimi yazılar buna nümunədir.

 


 

Eləcə də, MACH&MACH kolleksiyasında 80-ci illər abu-havasına məxsus hündür çiyinli geyimlər və parıldayan çantalar təqdim edilmişdir. Kolleksiyada maraqlı məqamlardan biri də eyni zamanda 2 çantadan istifadə edilməsidir. Bir neçə mövsüm bundan öncə dəbdə olan bu trend çox güman ki, yenidən geri dönür.

Kolleksiyada təqdim olunmuş qeyri-standart aksessuarlar, rəngli xəzlərlə bəzədilmiş ayaqqabılar və balaca kvadrat şüşəli gün eynəkləri xüsusən diqqəti cəlb edir.

 
 

Hazırladı: Ülkər Kazımlı

 
 

 

Şərhlər

Menyu