İNCƏBELLİ menyusu. Arıqlamağın ən dadlı yolu!

 


Bütün qadınlar arıqlamaq və ideal çəkiyə sahib olmaq üçün demək olar ki, hər yola əl atırlar. Lakin arıqlamaq üçün səy göstərərkən ehtiyatlı olmalı, internetdən və ya hər hansı bir mənbədən əldə etdiyimiz pəhriz menyularına inanmamalıyıq.
Çünki hər bir insanın metabolizminin öz xüsusiyyətləri vardır, bu səbəbdən də, ərzaq rasionunun komponentlərinin fərdi seçimi vacibdir. Arıqlamaq istəyən hər bir insana onun orqanizminə uyğun şəkildə fərdi yanaşmaq lazımdır.

 

SƏİDƏ QURBANOVA
Həkim Dietoloq
 

“İNCƏBELLİ” Dietologiya və Fitness Mərkəzinin həkim- dietoloqu Səidə Qurbanovanın hazırladığı xüsusi proqram sayəsində xanımlara fitness məşqləri və dietoloq məsləhətləri ilə yanaşı gündəlik pəhriz yeməklərinin çatdırılmasını da təmin edir. Mərkəzə müraciət edən hər bir şəxsə fərdi yanaşılır və həmin şəxslərin pəhriz menyuları onların ağız dadlarını, hansı qidalara üstünlük verdiklərini, zülalların, yağların, karbohidratların, vitaminlərin, mineralların miqdarını, həmçinin  müştərilərin hər hansı bir xəstəliyi nəzərə alaraq hazırlanır. Menyuya daxil olan yeməklər müştəriləri səhər, günorta, axşam yeməkləri və eləcə də, qəlyanaltı, çərəz və içkilərlə təmin edir, gündəlik yemək paketi hər səhər mərkəz tərəfindən istənilən ünvana çatdırılır.

Sizə sevdiyiniz yeməklərdən uzaq qalmadan arıqlamağı təklif edən “İNCƏBELLİ” Dietologiya və Fitness Mərkəzinin diet proqramından bir nümunəni oxucularımızın diqqətinə çatdırırıq.

 
 

1. SƏHƏR YEMƏYİ

Səhər yeməyi metobalizmin işə düşməsi və bədənin bütün gün ərzində enerji ilə təmin olunması üçün çox vacibdir. Yeməkdən əvvəl ac qarına hər səhər bir stəkan su içmək çox faydalı hesab olunur, içdiyiniz su sizə çox yeməyə imkan verməyəcək, həmçinin bədəninizdəki toksinlərin təmizlənməsinə kömək edəcək. “İNCƏBELLİ” arıqlama mərkəzi sizə səhər yeməyində şaftalı və ya digər müxtəlif meyvələrlə qarışdırılmış yulaf sıyığı yeməyi məsləhət görür.
 
 
 



2. QƏLYANALTI

Səhər yeməyindən bir neçə saat sonra siz qəlyanaltı edə bilərsiniz. Qəlyanaltı zamanı əsasən müxtəlif meyvələr, əsasən alma və sitrus meyvələri, həmçinin üzüm və ya moruq ilə hazırlanmış çizkeyklər tövsiyyə olunandır.
 
 
 

3. NAHAR

Günorta yeməyi ən çox kalori qəbul olunan zamandır, bu zaman siz gündəlik kalori miqdarının 40-50%-ni qəbul etmiş olursunuz. Mərkəz tərəfindən hazırlanmış menyuda günorta yeməyi üçün dəniz məhsullarından hazırlanmış risotto və ya sezar salatı uyğun hesab olunur.
 
 
 

4. ÇƏRƏZ

Günorta və axşam yeməyi arasında qəlyanaltı üçün quru ərik və giləmeyvə sousu qarışdırılmış kəsmik yeyə bilərsiniz.

 
 
 
 

5. AXŞAM YEMƏYİ

Axşam yeməyi zamanı siz gündəlik kalorinin 20%-dən artığını qəbul etməməlisiniz, həmçinin asan həzm olan və proteinlə zəngin yeməklərə üstünlük verməlisiniz. Yağdan və karbohidratlardan isə tamamilə uzaq durmaq lazımdır. Mərkəzin dietoloqları axşam üçün nəzərdə tutduqları yeməklərdən biri də qızardılmış hind toyuğu və bulqurdur.
 
 
 

6. SMUZİ

Axşam yeməyindən sonra acısanız “İNCƏBELLİ” Dietologiya və Fitnes mərkəzi tərəfindən hazırlanan smuzilərdən içərək aclığınızı aradan qaldıra bilərsiniz.

 
 

Ətraflı məlumat üçün:
www.incebelli.az
Facebook: İncebelli
Instagram: incebelli.az
Ünvan: AF BUSINESS HOUSE, 5-ci mərtəbə, Nizami küçəsi, 203 B,
Tel: +994 50 240 90 30
e-mail: office@incebelli.az

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu