69-cu EMMİ mükafatı. Ən yadda qalan libaslar.


 

“Oskar”, “Qremmi”“Toni” mükafatlarının televiziya ekvivalenti olan  mükafatı Amerikada televiziya sahəsindəki uğurlara görə təqdim olunur.

Stiven Kolberin aparıcılıq etdiyi, Los-Ancelesdə baş tutan, şıqlıqları ilə bir-birindən geri qalmayan Hollivud ulduzlarının bir araya gəldiyi 69-cu Emmi mükafatlarının möhtəşəm tədbirində unudulmaz anlar yaşanıb.

HBO-nun “Veep” serialı son üç ildə 3 “Emmi” mükafatı qazanaraq tədbirə damğasını vurdu.
Viola Davis “Ən Yaxşı Qadın Aktrisa” mükafatına layiq görülüb, o, “Emmi” mükafatı alan ilk Afroamerikalı kimi tarixə düşüb.

Hər zaman olduğu kimi həftənin bazar günü baş tutan tədbirdə də qüsursuz görünüşləri ilə göz qamaşdıran ulduzların axını yaşandı.

“Stranger Things” serialının az yaşlılardan ibarət heyəti 69-cu “Emmi” mükafatının təqdimetmə mərsiminin ən yaxşı geyinmiş heyəti hesab olunur. 13 yaşlı Milli Bobbi Braun CALVİN KLEİN brendinə məxsus ağ libasında şəhzadələrə bənzəyirdi.

 


 

Tədbirdə diqqət çəkən məşhurlardan biri də illərə meydan oxuyan 79 yaşlı Ceyn Fondadır. At quyruğu yığılmış saçı və əlvan çəhrayı rəngli libası ilə qüsursuz görüntü yaradan aktrisanın istifadə etdiyi aksessuarlar izləyənləri özünə cəlb edib. Almaz və zümrüdlərlə bəzədilmiş sırğaların qiyməti 450.000, üstündə olan mücəvhərlərin ümumi qiymətinin isə 2.5 milyon dollar olduğu deyilir.

Tədbirdə ulduzların geyimlərində parıltılı gümüşü rəngdən istifadə etməsi də nəzərdən qaçmadı. Treysi Ellis Ross, Sara Polson, Laverna Koks kimi ulduzlar gümüşü rəngli libaslara üstünlük veriblər.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

 

Şərhlər

Menyu