COLLEZİONE İtalia- Dincələcəyiniz hamam otağının dizaynını özünüz düşünün..

 

 
 

Hamam otağı hər gün özümüzü güzgünün qarşısında salamladığımız və axşam “gecən xeyrə” dediyimiz məkandır. Hamam otağının rahat, səliqəli və ən əsası zövqlü olması səhər tezdən xoş əhval ruhiyyəyə zəmanət verir. Bugün böyük və ya kiçik hamam otağı sahəsi üçün optimal dizayn seçimi artıq çətin deyil. Bu işdə ən vacibi isə hamam otağı üçün doğru mebel seçimidir.

 
 

Ağır iş gününün sonunda zövqlə dizayn edilmiş hamamda
duş və ya vanna qəbul etməkdən keyifli nə ola bilər..?

 
 

Hamam otağı üçün interyer seçərkən ilk öncə onun ölçüsünü diqqətə almaq lazımdır. Hətta böyük olmayan otağı harmoniyalı atmosferlə doldurmaq, vizual olaraq genişləndirmək və ya sadəcə dincəlmək üçün bütün şəraiti yaratmaq olar. COLLEZİONE İtalia müştərilərinə məhz tərz və rahatlıq seçimində doğru məsləhətləri verir, istənilən sahəyə uyğun zövqlü hamam otağı dizayn etməyinizə yardımçıdır.

Əgər sizin hamam otağınız balacadırsa açıq və parlaq rəng tonlarından istifadə edərək onu geniş göstərə bilərsiniz. Bu  tip hamam otağının əsas elementləri – keyfiyyətli santexnika, divarlar, tavan, işıqlandırma və interyer detallarıdır. Hamamda dartma tavan və ya güzgülər istifadə etməklə vizual olaraq ərazini genişləndirmək mümkündür. Unutmayaq ki, döşəmə, tavan və divarlar eyni rəngdə olmamalıdır. Əks halda, bu qapalı məkan effekti yaradacaq.

Ölçüsü böyük olmayan hamam otağı üçün ən optimal variant – yapon üslubudur. Bu növ otaqlar üçün minimalizm uyğun gələcək. Misal üçün qırmızı və ağ rənglərdən istifadə edərək təzadlı dizayn yaratmaq olar. Ağ rəng məkanı genişləndirəcək, qırmızı isə canlılıq və kolorit əlavə edəcəkdir.

Hamam otağının böyük sahəsi sizin istəyinizə uyğun dizaynı tam realizə etməyə şərait yaradacaq. Orijinallıq və dəbdəbəni sevən hər kəs Art-deko üslübuna diqqətini yönəldə bilər. Bu tərz dizaynlı hamam otağı şüşə və metal, dəmirdən hazırlanmış formalarla əhatə edilmiş güzgülər, orijinal və elit santexnika, büllur və ya qızıla çalan detallarla işlənmiş işıqlandırma sistemlərindən ibarət detallarla zəngin olur.

 
 

Beləliklə, hamam otağınızda arzuladığınız interyeri yaratmaq üçün
COLLEZİONE İtalia-dan tanınmış brendlərin bir neçə nümunənisini sizə təqdim edirik.


 
 
 

MOBİLCRAB

Mobilcrab brendi 30 ildən artıqdır ki, hamam otağı üçün mebel dizaynı və istehsalı ilə məşğuldur. Brend hamam otağı üçün geniş çeşid, müxtəlif ölçülərdə dolablar və minimalist üslubda quraşdırılmış mebel kolleksiyaları ilə məşhurdur. Mütəmadi araşdırmalar vasitəsilə ən son praktiki texnika, material və rənglərlə bərabəq, brendin xüsusi dəstixəttinə uyğun incə nüanslar müasir həyat tərzinin tələbatlarını nəzərə alaraq məhsul çeşidini genişləndirir.

 
 
 

KAROL

1980-ci il – estetikanın doğulduğu tarix. Karol brendinin yaradılması ilə dizayn dünyasında yeniliklərin olması, forma və funksionallığın birləşməsi arasında sıx əlaqə var. Məqsəd məkanın gözəlliyi və faydalılığını birləşdirərək, gündəlik görüntünü xəyallardakı görüntüyə çevirməkdir. Məkanın dizaynı və onun dəyərləndirilməsi – bu, hər bir layihənin 2 vacib diqqət mərkəzidir – ideyanı reallaşdırarkən faydalılıq və duyğular uyğunlaşdırılmalıdır. Karol fəaliyyətini məhz bu amillər üzərində qurur.

 
 
 

 OASİS

Bu brendin hamam otağı üçün olan kolleksiyası, ideal hamam dizaynı və mebelində ən spesifik tələblərin belə öhdəsindən gəlir. Lüks kolleksiyasına dekorativ və zərif işləmələrlə avanqard və neoklassik üslubda mebellər daxildir və bu da, məhz, lüks və füsunkar hamam sevənlər üçün düşünülmüşdür.
İstehsal olunan mükəmməl dolablar, xüsusi aksessuarlar, güzgülər, mərmər və qızıl kimi qiymətli materialların əlavə edilməsindən ərsəyə gəlir. Bu mebellər minimalizm və müasirliyi sevənlərə həsr olunur.

Ətraflı – http://www.oasisgroup.it/product/rivoli-special-edition/

 
 
 

PETRACER`S

Qədim ənənələrdən ruhlanan Petracer’s şirkəti fantaziyaları həyata keçirmə və onları mükəmməlləşdirmə bacarığına malikdir.

Bunların hamısı, Petracer’s şirkətinin yaradıcısı və şirkətin bütün kolleksiyalarının ortaya çıxmasında aktiv iştirakçı olan –  Angelo Marchesi-nin impulsiv yaradıcılığının nəticəsidir.

 
 

25.000 kv/metr ərazidə yerləşən iri miqyaslı məkanı və gözoxşayan konsepsiyası ilə paytaxtımızda ilk olan COLLEZİONE İtalia interyer mərkəzi alıcılarına Avropanın ən unikal mebel brendlərindən ibarət zəngin kolleksiya təqdim etməkdədir. Məkanda “lüks” sinfə məxsus 300-dən çox brend tərəfindən yüksək keyfiyyətə malik İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan mebel və mətbəx nümunələri, santexnika aksessuarı, divar kağızları, parketlər, qapı və pəncərələr, pərdələr, işıqlandırma vasitələri, zəngin qab-qacaq dəstlərindən ibarət böyük kolleksiya və ev üçün aksessuarlar sərgilənir.

Əfsanəvi mebel brendlərindən əlavə, dünyaca məşhur dizaynerlərin interyer nümunələrinin orijinal formada və bir məkanda təmsil olunması, xüsusən yeni ev sahibi olmağa hazırlaşanlara interyer dünyasındakı tendensiyaları yaxından izləmək imkanı yaradır.

 
 

Ətraflı məlumat üçün:
www.collezioneitalia.az

Ünvan: Akademik H.Əliyev küç, 139 A
Tel: +994 50 228 11 00; +994 12 568 11 00

Instagram: @collezioneitalia
Facebook: Collezione Italia

 
 


 

Şərhlər

Menyu