Dekor hiylələri. Kiçik mənzilləri böyütməyin 10 yolu.


 

Demək olar ki, hər kəsin evində genişliyindən məmnun olmadığı və əşyaları yerləşdirə bilmədiyindən şikayət etdiyi bir otağı var. Nə etsək də bu otaqlar bizə balaca və boğucu gələr. Lakin bu otaqların daha canlı, geniş və rahat görünməsini təmin etmək üçün kifayət qədər dekorasiya hiyləsi var. Siz müəyyən işıq oyunlarından, düzgün rəng seçimlərindən istifadə etməklə və mebellərinizi düzgün yerləşdirməklə otağınızın daha səliqəli, gözəl və çoxfunksiyalı görünməsinə nail ola bilərsiniz.

Otağınızın daha böyük görünməsini təmin edəcək 10 sadə yolu sizə təqdim edirik.

 

1. TƏBİİ İŞIQ

Evinizdə mütləq təbii işıqdan istifadə edin. Yaxşı işıqlandırılmış otaq daha canlı görünəcək. Pəncərələriniz üçün pərdə seçərkən onun divarların rəngi ilə eyni olmasına çalışın. Kiçik otaqlarda şəffaf tüllərdən istifadə etmək daha çox tövsiyyə olunur.

 
 
 

2. FUNKSİONAL MEBELLƏR

Divan-kreslolardan həm kofe stolu, həm də əlavə oturacaq kimi istifadə edə biləcəyiniz çoxfunksiyalı mebellər seçin.

 
 
 

3. AÇIQ TONLAR

Otağınızda xırda printli və ya solğun rəngli xalı və örtüklərdən, ağ və ya ümmumiyyətlə pastel tonlardan istifadə edin. Ümumiyyətlə kiçik otaqlardan neytral rənglərə üstünlük verin.

 
 
 

4. GÜZGÜLƏR

Otağınızda güzgüdən istifadə mütləqdir. Otağınızın əksi məkanın vizual olaraq geniş olmasına səbəb olacaq.

 
 
 

5. BÖYÜK MEBELLƏR

Belə bir geniş yayılmış fikir var ki, kiçik otaqlarda mütləq kiçik ölçülü mebellərdən istifadə olunmalıdır, nə qədər təəccüblü olsa da bu belə deyil.

 
 
 

6. KİTAB ŞKAFLARI

Kiçik otaqlarda bütün divarı tutan kitab şkaflarından istifadə edə bilərsiniz. Bu həm otağınızın hündür görünməsinə, həm də artıq əşyalarınızı yığa biləcəyiniz əlavə bir yer yaranmasına səbəb olacaq.

 
 
 

7. BOŞ RƏFLƏR

Otaqdakı bütün rəfləri doldurmayın. Boş qalmış yerlər otağınıza daha geniş görüntü bəxş edəcək.

 
 
 

8.HƏMRƏNG

Bəzi mebellərinizi divarlarınız ilə eyni rəngdə seçməyə çalışın, bu sizə geniş görüntü ilə yanaşı uyğunluq yaratmağa kömək edəcək.

 
 
 

9. ŞƏFFAF ELEMENTLƏR

Otağınızda şəffaf mebellərdən, məsələn şüşə stol və stullardan istifadə etməklə gözaldadıcı, geniş bir görüntü əldə edə bilərsiniz.

 
 
 

10. KİÇİK DETALLAR

Diqqəti cəlb edən böyük çılçıraqdan istifadə etməkdənsə, bir neçə işıqlandırma elementindən istifadə daha tövsiyə olunandır.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 

Şərhlər

Menyu