İNCƏBELLİ-də gözəl qadın ordusu yaradan pilates məşqçisi İnarə Mehdiyeva


 

İdeal bədən quruluşuna sahib olmaq və daim formada qalmaq hər bir xanımın arzusudur. Müasir dövrdə bir çox insan stress, oturaq həyat tərzi, düzgün qidalanmamaq kimi bir çox amillərin təsiri ilə artıq çəkidən əziyyət çəkir. Bundan xilas olmaq üçün onlar müəyyən pəhrizlər saxlayır və ya ağır idmanla məşğul olmağa başlayırlar, istədikləri nəticəni əldə etmədikdə isə psixoloji sarsıntı yaşayır, özgüvənlərini itirirlər.

“İNCƏBELLİ” Dietologiya və Fitness Mərkəzi xanımlarımıza arzuladıqları çəkiyə qısa zamanda çata bilmələri üçün vasitəçilik edir. Burada xanımlar ac qalmadan, səhhətlərinə ziyan vurmadan, əməliyyatsız, dərman vasitələri olmadan sağlam şəkildə artıq çəkilərindən xilas ola bilərlər.

Bizim bugünki müsahibimzi  “İNCƏBELLİ” Dietologiya və Fitness Mərkəzinin fitnes məşqçisi İnarə Mehdiyevadır.

 


 

– Sizdən hal-hazırda gördüyünüz işi bir cümlə ilə ifadə etməyiniz tələb olunsaydı, bu cümləni necə qurardınız?
– Mən gözəl qadınlar ordusu yaradıram!

Formada qalmaq və sağlam olmaq barədə fəlsəfənizi necə təsvir edə bilərsiniz?
Mən fikirləşirəm ki, heç kim ideal bədən forması ilə doğulmur. Əgər sən buna nail olmaq istəyirsənsə hər gün çalışmalısan.

Fitnes məşqçisi olmağa necə qərar verdiniz?  Sizi bu işə başlamağa ən çox kim və ya nə ruhlandırıb ? Bu işdə sizi cəlb edən nədir?
Mənə zövq verəcək bir işlə məşğul olmaq istəyirdim. Gözəl olmaq arzusu mənə ilham verirdi. Fitnesdə məni ən çox cəlb edən nüans bütün günü hərəkətdə olmağımdır. Mən hər zaman formadayam.

Öz müştəriləriniz üçün məşq proqramını hansı meyarlara əsasən müəyyənləşdirirsiniz?  “İNCƏBELLİ” arıqlama mərkəzinin məşq proqramını digərlərindən fərqləndirən nədir?
Məşq proqramı müştərilərin səhhəti,  müştərinin hansı zaman müddətində nəticə əldə etmək istəməsi, onun motivasiyası kimi meyarlar əsasında müəyyənləşdirilir. İNCƏBELLİ-də biz hər bir müştəriyə onun səhhətinə, arzu və vaxtına uyğun olaraq fərdi şəkildə yanaşırıq.

 


 

Mərkəzinizdə idman növlərindən hansını təqdim edirsiniz?
Pilates, Zumba və Fitnes.

Niyə məhz pilates? Onun digər ənənəvi arıqlama idman növlərindən üstünlüyü nədir?
Pilatesin üstünlükləri sonsuzdur. Lakin biz hər zaman əsasən 3 üstünlüyü qeyd edirik. 1. Siz arzuladığınız bədən quruluşuna qısa zamanda nail ola bilərsiniz. 2. Pilates hər yaş üçün uyğundur. 3. Sağlamlıqla bağlı problemləri həll etməyə kömək edir.

Müştəri sizə müraciət etdikdən sonra motivasiyadan düşərsə, məşqlərə həvəssiz yanaşarsa siz onun motivasiyasını artırmaq üçün hansı üsullardan istifadə edirsiniz?
Mən gün ərzində 24 saat müştərilərə motivasiya verirəm. Onları yaxşı düşünməyə və özlərini yaxşı təqdim etməyə yönləndirirəm.

Orqanik qidalar və vegan pəhrizi haqqında nə düşünürsünüz?
Mən özüm də veqanam və bunun əleyhinə deyiləm. Sağlam pəhrizin tərəfdarıyam.

 


 

Artıq çəkidən xilas olmaq üçün əlavə preparatlardan istifadə olunmasına münasibətiniz necədir?
Mən ümumiyyətlə sağlamlığa ziyan verən hər bir şeyə qarşıyam. 

Pilates hərəkətlərinin arasında sizin üçün qaçılmaz və ən sevimli hərəkət hansıdır?
Pilatesdə ən sevdiyim hərəkət qarında vakuum hərəkətidir. 

Sağlam yaşamaq və formada qalmaq üçün xanımlarımıza hansı tövsiyələriniz var?
Xanımlara tövsiyyəm idmanla məşğul olmaları, düzgün qidalanmaları və sağlam qalmağa çalışmalarıdır.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 

Şərhlər

Menyu